Malayziyada ölüm hökmü ləğv edilir
Digər ölkələr
- 11 oktyabr, 2018
- 06:11
Bakı. 11 oktyabr. REPORT.AZ/ Malayziya yaxın vaxtlarda ölüm hökmünü ləğv edəcək.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin Administrasiyası məlumat yayıb.
Baş nazir Administrasiyasının rəhbəri Liu Vui Keonq bildirib ki, Nazirlər Kabineti ölüm hökmünün ləğvi haqqında layihəni təsdiqləyərək, parlamentə göndərib.
Onun sözlərinə görə, parlamentin Aşağı Palatası “Edam hökmünün ləğvi haqqında” qanun layihəsinə oktyabrın 15-də keçiriləcək növbəti iclasında baxacaq. Baş nazir Administrasiyasının rəhbəri qeyd edib ki, qanun layihəsi müzakirə olunan ərəfədə edam hökmlərinin icrasına moratorium qoyulması vacibdir.
Qeyd edək ki, Malayziyada ölüm hökmü dar ağacından asmaqla icra olunur.
Son xəbərlər
05:53
Politico: Neft qiymətləri ən azı bir neçə ay yüksək qala bilər
Energetika05:18
Efiopiyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 107 nəfər ölüb
Digər ölkələr05:00
Türkiyədə güclü zəlzələ olub
Region04:53
Welt: Bir neçə böyük Almaniya şirkəti İranda fəaliyyətini davam etdirir
Region04:39
İtaliya strateji neft ehtiyatlarından təxminən 10 milyon barel istifadə edəcək
Energetika04:18
ABŞ Rusiyaya bir ay müddətinə tankerlərdən neft satmağa icazə verib
Digər ölkələr04:12
İraqda dron hücumu nəticəsində altı fransız hərbçisi yaralanıb
Digər ölkələr03:43
İran ordusu İsrail və ABŞ-yə qarşı 2 tonluq döyüş başlıqlı raketlərdən istifadə edib
Region03:34