Malayziyada iki avtobus toqquşub, 8 ölü, 33 yaralı var - VİDEO

Digər ölkələr
  • 24 oktyabr, 2017
  • 03:27
Malayziyada iki avtobus toqquşub, 8 ölü, 33 yaralı var - VİDEO

Bakı. 24 oktyabr. REPORT.AZ/ Malayziyada iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 8 nəfər ölüb, həmçinin 33 nəfər yaralanıb.

"Report" "New Straits Times" nəşrinə istinadən xəbər verir ki, qəza ölkənin cənub-qərbində qeydə alınıb.

Seberanq Pray rayon polisinin məlumatına görə, Nepal və indoneziyalı fəhlələri daşıyan avtobus nasazlıq səbəbindən yolda dayanıb. Daha sonra içərisində 15 nəfərin olduğu digər avtobus ona çırpılıb.

Malayziyada iki avtobus toqquşub, 8 ölü, 33 yaralı var - VİDEO

44 filmi