Malayziyada güclü daşqınlar nəticəsində 220 mindən artıq insan öz evlərini tərk edib

Malayziyada güclü daşqınlar nəticəsində 220 mindən artıq insan öz evlərini tərk edib Pahanq ştatında 30 mindən artıq insan öz evlərini tərk edib və müvəqqəti düşərgələrə yerləşdirilib
Digər ölkələr
29 Dekabr , 2014 10:20
Malayziyada güclü daşqınlar nəticəsində 220 mindən artıq insan öz evlərini tərk edib

Bakı. 29 dekabr. REPORT.AZ/ Malayziyanın şimalı və şərqində baş verən güclü daşqınlar nəticəsində 220 mindən artıq insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. "Report" "BERNAMA" informasiya agentliyinə istinadən xəbər verir ki, ən ciddi vəziyyət Kelantan ştatında qalır, burada bir neçə saat ərzində təxliyyə olunan insanların sayı 30 nəfər artaraq 151 min nəfərə çatıb. 

Pahanq ştatında 30 mindən artıq insan öz evlərini tərk edib və müvəqqəti düşərgələrə yerləşdirilib. Perak və Trenqanu ştatlarında da təhlükəli vəziyyət qalmaqdadır.

Leysan yağışlarının səbəb olduğu daşqınlar 2 həftədən artıqdır ki, davam edir. Baxmayaraq ki, ilin bu fəsli Cənub-Şərqi Asiya ölkələrində yağışlar fəsli hesab olunur, ekspertlərin rəyinə görə, Malayziyada yağıntının intensivliyi son illərin rekord həddinə çatıb. 

Son xəbərlər

Orphus sistemi