Yuxarı
    Bağlamaq

    "Malaysia Airlines"a məxsus təyyarənin qəzaya uğramasına dair yeni versiya ortaya çıxıb

    Nəqliyyatda Təhlükəsizlik İdarəsinin nümayəndəsi: Təhlillər təyyarənin pilot olmadan qəzaya uğradığını göstərir

    Bakı. 9 avqust. REPORT.AZ/ İki il əvvəl radarlardan itərək yoxa çıxan "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boeing 777-200" (reys MH370) təyyarəsi Hind okeanına yüksək sürətlə düşüb və bu, qəza zamanı təyyarənin pilot tərəfindən idarə olunmadığını deməyə əsas verir.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyinin təhlilində deyilir.

    Uçuşunun son dəqiqələrdə laynerin ötürdüyü siqnallara əsasən təyyarə çox böyük - dəqiqədə 20 min fut (6096 metr) sürətlə aşağı düşüb.

    Ekspertlər belə qənaətə gəlib ki, qəza təyyarənin yanacağı qurtardıqdan və iki mühərrikinin - əvvəlcə sol, 15 dəqiqə sonra isə sağ - yanmasından sonra baş verib.

    Avstraliya Nəqliyyatda Təhlükəsizlik İdarəsinin nümayəndəsi Qreq Hud bildirib ki, təhlillər təyyarənin pilot olmadan qəzaya uğradığını göstərir.

    Xatırladaq ki, MH370 reysi üzrə Kuala Lumpurdan Pekinə uçan "Boeing" 2014-cü il mart ayının 8-nə keçən gecə radarlardan itmişdi. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü var idi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi