Makronun Fransadakı reytinqi Ukrayna hadisələri fonunda 33%-ə yüksəlib

Makronun Fransadakı reytinqi Ukrayna hadisələri fonunda 33%-ə yüksəlib Fransanın hazırkı prezidenti Emmanuel Makronun reytinqi həftə ərzində 8,5 faiz bəndi artaraq 33,5%-ə çatıb.
Digər ölkələr
9 Mart , 2022 08:09
Makronun Fransadakı reytinqi Ukrayna hadisələri fonunda 33%-ə yüksəlib

Fransanın hazırkı prezidenti Emmanuel Makronun reytinqi həftə ərzində 8,5 faiz artaraq 33,5%-ə çatıb.

“Report” xəbər verir ki, bunu “Elabe” sosioloji xidmətinin keçirdiyi ictimai rəy sorğusu sübut edir.

Makronun birinci turda ən yaxın rəqibi və ikinci tura namizəd, radikal sol yönlü Milli Birlik Partiyasından Marin Le Pendir - sorğu iştirakçılarının 15%-i ona səs verməyə hazırdır. Amma əgər Le Pen bir həftə ərzində reytinqinin iki faiz bəndini itiribsə, o zaman “Tabe olmayan Fransa” solçu hərəkatının nümayəndəsi Jan-Lyuk Melenşon, əksinə, 0,5 faiz toplayıb və 13 faizlə üçüncü yeri tutur.

Sorğu Konstitusiya Şurası tərəfindən birinci turda iştirak edəcək 12 namizədin yekun siyahısının elanından dərhal sonra internet vasitəsilə martın 7-dən 8-dək aparılıb. Sorğuda yaşı 18-dən yuxarı olan 1 580 sakin iştirak edib. Fransada prezident seçkiləri iki turda - aprelin 10-da və 24-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi