Makron Ukraynaya səfər edəcək
Digər ölkələr
- 03 iyun, 2022
- 19:39
Fransa Prezidenti Emmanuel Makron Ukraynaya səfər edəcək.
Bu barədə “Report” “The Guardian”a istinadən xəbər verir.
Məlumata görə, Makron Ukraynaya səfərini istisna etməyib. Lakin Fransa lideri bunun nə vaxt baş verəcəyini hələ dəqiqləşdirməyib.
Qeyd edək ki, dövlət başçısı daha əvvəl də bildirib ki, Ukraynaya sadəcə səfər üçün deyil, sülhün bərqərar olması məsələsində konkret nəticə əldə etmək üçün gəlməyə çalışır. Fransa Prezidenti vurğulayıb ki, Kiyevə səfərdən imtina etmir. Bununla belə, Makron səfərin formallığa çevrilməsini istəmir.
Mayın sonlarında Fransanın yeni xarici işlər naziri Katrin Kolonna Ukraynaya səfər edib. O, Kiyev vilayətinin Buça şəhərinə baş çəkib.
Son xəbərlər
17:11
Azər İlyasov: "İtaliyadakı yarışın yorğunluğuna rəğmən, "Prezident Kuboku 2026"da qızıl medal qazandım"
Fərdi17:09
Foto
Ailə, qadın və uşaq məsələləri üzrə panel müzakirəsi keçirilib
Sosial müdafiə17:09
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Region17:01
Foto
Azərbaycan EBRD ilə yeni əməkdaşlıq perspektivlərini müzakirə edib
Biznes16:58
Okampo, Borrel və erməni oliqarxları - Paşinyanın devrilməsi ssenarisi işə salınıb - ŞƏRH
Analitika16:56
Dövlət Agentliyi: Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir
ASK16:54
Peter Teys: Okampo çoxdan "korrupsiyanın təcəssümü"nə çevrilib
Xarici siyasət16:52
Elektron xidmətlərin məqsədəuyğunluğunu müəyyən edəcək pilot layihələrin əhatə dairəsi müəyyənləşib
İKT16:50