Fransa prezidenti Əfqanıstandakı vəziyyətlə bağlı miqrant axınından narahatlığını ifadə edib

Fransa prezidenti Əfqanıstandakı vəziyyətlə bağlı miqrant axınından narahatlığını ifadə edib Fransa Əfqanıstanla bağlı Rusiya Federasiyası, ABŞ və Avropa ölkələri ilə əməkdaşlığın tərəfdarıdır.
Digər ölkələr
16 Avqust , 2021 22:19
Fransa prezidenti Əfqanıstandakı vəziyyətlə bağlı miqrant axınından narahatlığını ifadə edib
Emmanuel Makron

Fransa Əfqanıstanla bağlı Rusiya Federasiyası, ABŞ və Avropa ölkələri ilə əməkdaşlığın tərəfdarıdır.

"Report"un TASS-a istinadən xəbərinə görə, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Makron qeyd edib ki, ölkəsi yaxın gələcəkdə Əfqanıstanda vəziyyəti normallaşdırmaq üçün Londonla birgə təşəbbüslər irəli sürmək niyyətindədir.

"Bununla yanaşı, Əfqanıstandan olan qaçqınlara yardım məqsədilə Fransa Almaniya və Avropa İttifaqının digər ölkələri ilə birgə proqram üzərində işləyir", - Makron vurğulayıb.

Fransa prezidenti, həmçinin bildirib ki, Əfqanıstanda sabitliyin pozulması Avropaya idarə olunmayan miqrant axınının yaranmasına səbəb ola bilər. Makronun fikrincə, bu, Əfqanıstanda terror yuvasına çevrilməsi sülh və beynəlxalq sabitliyi təhdid edir.

Son xəbərlər

Orphus sistemi