Mahmud Abbas: Fələstin yekun statusla bağlı İsraillə sülh danışıqlarına hazırdır

Mahmud Abbas: Fələstin yekun statusla bağlı İsraillə sülh danışıqlarına hazırdır Fələstin sülh konfransı çərçivəsində İsraillə yekun statusla bağlı danışıqlara hazırdır.
Digər ölkələr
7 Avqust , 2024 09:58
Mahmud Abbas: Fələstin yekun statusla bağlı İsraillə sülh danışıqlarına hazırdır

Fələstin sülh konfransı çərçivəsində İsraillə yekun statusla bağlı danışıqlara hazırdır.

"Report" xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas Rusiya KİV-inə müsahibəsində deyib.

“Fələstin dövləti siyasi baxış formalaşdırıb və 6 ərəb dövləti tərəfindən təsdiq edilərək baxılmaq üçün ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edilmiş Yol Xəritəsi hazırlayıb. Bu xəritənin əsasını İsrailin Qəzza zolağında mövcudluğunun dayandırılmasını nəzərdə tutan hərtərəfli siyasi həll təşkil edir”, - M.Abbas qeyd edib.

O vurğulayıb ki, təqdim olunan həll “müəyyən vaxt qrafikinə uyğun olaraq beynəlxalq sülh konfransı çərçivəsində İsraillə yekun statusla bağlı danışıqlara başlamağı və regional təhlükəsizlik mexanizminin işlənib hazırlanmasını nəzərdə tutur.

Bu həll çərçivəsində Fələstin Milli Administrasiyası Qəzza zolağında öz funksiyalarını yerinə yetirməyə hazırdır və İsrailin İordan çayının qərb sahilində, o cümlədən, Qüdsdə bütün birtərəfli düşmənçilik hərəkətlərinə son qoyulmasını tələb edir.

Son xəbərlər

Orphus sistemi