Mahmud Abbas ABŞ-ın vitse-prezidenti ilə görüşməkdən imtina edib

Mahmud Abbas ABŞ-ın vitse-prezidenti ilə görüşməkdən imtina edib "Birləşmiş Ştatlar Qüdslə bağlı qərarında qırmızı xətti keçib"
Digər ölkələr
9 Dekabr , 2017 23:44
Mahmud Abbas ABŞ-ın vitse-prezidenti ilə görüşməkdən imtina edib

Bakı. 9 dekabr. REPORT.AZ/ Fələstin lideri Mahmud Abbas ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qəbul etdiyi qərar səbəbindən bu ölkənin vitse-prezidenti Mayk Penslə görüşməyəcək.

“Report” xəbər verir ki, bunu Abbasın müşaviri Məcdi əl-Xalidi deyib.

"Penslə görüş olmayacaq. Birləşmiş Ştatlar Qüdslə bağlı qərarında qırmızı xətti keçdi", — deyə "The Jerusalem Post" onun sözlərini sitat gətirib.

Bildirilir ki, görüş dekabrın sonunda baş tutmalı idi.

Son xəbərlər

Orphus sistemi