Yuxarı

Mahaçqalada 3 yaraqlı məhv edilib

Hadisə yerində silah-sursat aşkarlanıb

Bakı. 7 may. REPORT.AZ/ Mahaçqalada, Əhmədxan Sultan küçəsində yerləşən hündürmərtəbəli binada gizlənən üç yaraqlı zərərsizləşdirilib. 

"Report"un "TASS"a istinadən verdiyi məlumata görə, binada gizlənən üç yaraqlı məhv edildikdən sonra hadisə yerində silah-sursat aşkarlanıb. 

Öldürülənlərdən ikisi uzun müddətdir federal axtarışda olub. Onlar bir sıra oğurluqda, quldurluqda, şantaj və hədə yolu ilə sahibkarlardan külli miqdarda pul almaqda, partlayışlar törətməkdə və s. cinayətlərdə iştirak ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi