Venesuelanın hazırkı prezidenti Nikolas Maduro respublikada keçirilən prezident seçkilərində qalib gəlir. O, üçüncü altı illik müddətə yenidən seçilir.
“Report” xəbər verir ki, bu barədə səsvermənin nəticələrinə əsasən Venesuela Milli Seçki Şurasının (MSŞ) sədri Elvis Amoroso məlumat verib. Seçki komissiyasından yayımı bütün Venesuela televiziya kanalları aparıb.
Amoroso MSŞ-nin ilk bülletenini açıqlayıb. Bülletenə əsasən, səslərin 80 %-i hesablandıqdan sonra Maduronu 5 150 092 seçici və ya səs verənlərin 51,2 %-i dəstəkləyib. Maduronun əsas rəqibi, ifrat sağçı partiyalardan olan namizəd Edmundo Qonsalesa 4 445 978 seçici və ya səs verənlərin 44,2 %-i səs verib. Seçkilərdə iştirak edən digər səkkiz namizədə ümumilikdə seçicilərin 4,6 %-i səs verib.