Macarıstan Aİ-nin Rusiyanın 27 fiziki şəxs və təşkilatına qarşı sanksiya tətbiqinin qarşısını alıb

Macarıstan Aİ-nin Rusiyanın 27 fiziki şəxs və təşkilatına qarşı sanksiya tətbiqinin qarşısını alıb Macarıstan Rusiyadakı 27 fiziki şəxs və təşkilata qarşı Avropa İttifaqının (Aİ) sanksiyalarının tətbiqinin qarşısını alıb.
Digər ölkələr
19 fevral 2025 09:07
Macarıstan Aİ-nin Rusiyanın 27 fiziki şəxs və təşkilatına qarşı sanksiya tətbiqinin qarşısını alıb

Macarıstan Rusiyadakı 27 fiziki şəxs və təşkilata qarşı Avropa İttifaqının (Aİ) sanksiyalarının tətbiqinin qarşısını alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici iqtisadi əlaqələr və xarici işlər naziri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, siyahıya Patriarx Kirill də daxil edilib.

P.Siyarto, həmçinin qeyd edib ki, Rusiyaya qarşı 16-cı sanksiya paketi Macarıstan üçün Rusiya nefti və neft məhsullarından istifadə sahəsində istisnalar nəzərdə tutur.

"Bu sanksiya paketi Macarıstan üçün bəzi güzəştlər ehtiva edir. Biz 16-cı sanksiya paketinin Macarıstanda Rusiya neft məhsullarından istifadəyə icazə verməsinə nail olduq. Bu, Macarıstanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq", - o bildirib.

Son xəbərlər

Orphus sistemi