Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarına dəstək verən bəndi bloklayıb
Digər ölkələr
- 26 iyun, 2025
- 22:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Macarıstan Avropa İttifaqı (Aİ) sammitində Ukrayna ilə bağlı yekun bəyanatın qəbul edilməsinə mane olub.
“Report” xəbər verir ki, bu, Avropa Şurasının Ukrayna ilə bağlı müzakirələrdən sonra yaydığı məlumatda və sammitin yekun sənədinin layihəsində qeyd olunub.
Bəyanatda Ukrayna ilə Aİ-yə üzvlük danışıqlarının başlanmasına dəstək verən bənd Macarıstan tərəfindən bloklanıb.
Yekun bəyanat layihəsini Aİ-nin 27 ölkəsindən 26-sı qəti şəkildə dəstəkləyib. Avropa Şurası oktyabrda keçiriləcək növbəti iclasında bu mövzuya qayıdacaq.
Macarıstan əvvəllər xəbərdarlıq etmişdi ki, Ukraynanın İttifaqa qoşulmasını heç bir halda dəstəkləməyəcək.
Son xəbərlər
01:42
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
Digər ölkələr
01:17
Krakovda atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr
00:55
Şahbuzun dağ kəndlərinə qar yağır
Ekologiya
00:33
İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək
Digər ölkələr
00:07
Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib
Daxili siyasət
00:00
Bu gün Azərbaycanda Zəfər Günüdür
Daxili siyasət
00:00
Foto
Şuşanın azad olunmasından 6 il ötür
Qarabağ
23:56
Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır
Daxili siyasət