Aleksandr Lukaşenkonun Almaniyaya getməkdən imtina etməsinin səbəbi məlum olub
Digər ölkələr
- 15 fevral, 2019
- 12:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 fevral. REPORT.AZ/ Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşə görə Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik konfransına qatılmaqla bağlı proqramını son anda ləğv edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.
Onun sözlərinə görə, bu barədə qərar son anda qəbul edilib.
A.Lukaşenko fevralın 16-da “Şərq-Qərb münasibətləri” mövzusunda panel müzakirələrdə iştirak etməli imiş. Onun əvəzinə tədbirə ölkənin Almaniyadakı səfiri Denis Sidorenko qatılacaq.
Qeyd edək ki, bu gün 55-ci Münhen Təhlükəsizlik Konfransı başlayıb. Tədbir fevralın 17-dək davam edəcək.
Son xəbərlər
11:47
ARDNF-in aktivləri 2030-cu ildə 78 milyard dolları keçə bilər
Maliyyə
11:46
Çin sədrinin müavini Han Çjen Türkiyə və Gürcüstana səfər edəcək
Region
11:38
"Vikinq" - "Sabah": Azərbaycan və Norveç klublarının 9-cu dueli
Futbol
11:37
Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətini sabit saxlamağı hədəfləyir
Maliyyə
11:36
ARDNF-in gələnilki büdcəsi də profisitlə proqnozlaşdırılır
Maliyyə
11:34
Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq
Turizm
11:33
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Sosial müdafiə
11:33
"Makler" boşanma ərəfəsində olan qadının 163 min manatdan çox pulunu ələ keçirib
Daxili siyasət
11:32
Bu il Azərbaycanda xarici turistlərin xərclərinin 2 dəfə artırılması planlaşdırılır
Turizm