“Lufthansa” Frankfurt-Mayn və Münhen hava limanlarında uçuşları ləğv edir

“Lufthansa” Frankfurt-Mayn və Münhen hava limanlarında uçuşları ləğv edir Almaniyanın “Lufthansa” aviaşirkəti iyulun 27-də Frankfurt-Mayn və Münhen hava limanlarında işçilərinin tətili səbəbindən demək olar ki, bütün reyslərin ləğv olunduğunu elan edib.
Digər ölkələr
26 İyul , 2022 14:57
“Lufthansa” Frankfurt-Mayn və Münhen hava limanlarında uçuşları ləğv edir

Almaniyanın “Lufthansa” aviaşirkəti iyulun 27-də Frankfurt-Mayn və Münhen hava limanlarında işçilərinin tətili səbəbindən demək olar ki, bütün reyslərin ləğv olunduğunu elan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Ümumilikdə, Frankfurt-Maynda 678 reys ləğv ediləcək. Bu qərarın 92 min sərnişinə təsir edəcəyi gözlənilir.

Münhen hava limanında isə 345 reys ləğv olunacaq. Bu, 42 min sərnişinə təsir göstərəcək.

Son xəbərlər

Orphus sistemi