Los-Ancelesdə yanğın nəticəsində dəyən ziyan 50 milyard dolları keçə bilər
Digər ölkələr
- 08 yanvar, 2025
- 23:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində baş verən yanğınların zərəri 50 milyard dolları keçə bilər.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Mütəxəssislərin fikrincə, yanğından ilkin zərər və iqtisadi itkilər 52-57 milyard dollar arasında olacaq.
“AccuWeather” şirkəti hesablamalarında hansı göstəriciləri nəzərə aldığını hələ açıqlamayıb.
Qeyd edək ki, yanğınların ümumi sahəsi 10 min hektarı ötüb və artmaqda davam edir. Alov mindən çox binanı külə döndərib, ən azı 5 nəfərin ölümünə səbəb olub. Əvvəlcə yanğın ocağı kiçik olsa da, güclü külək səbəbindən alov sürətlə yayılmağa başlayıb. Təxminən 1500 yanğınsöndürən alovla mübarizə aparır.
Son xəbərlər
23:19
Foto
Vitali Yakovlev: Azərbaycanın vençur bazarının əsas problemlərindən biri maliyyələşməyə çıxışdır
Maliyyə
22:46
İngiltərə Premyer Liqası: "Arsenal" "Mançester Siti" ilə heç-heçə edib
Futbol
22:39
Antonelli "Formula 1" üzrə Qətər Qran-prisinin qalibi olub
Formula 1
22:08
Pakistanda silahlı hücum nəticəsində on bir mədənçi öldürülüb
Digər ölkələr
21:53
ABŞ Senatı milyarderlərin vergi ödənişindəki boşluğu aradan qaldırmaq niyyətindədir
Digər ölkələr
21:44
Foto
Azərbaycanın iki qadın cüdoçusu Avropa Açıq Turnirində qızıl medal qazanıb
Fərdi
21:12
Qəbələnin bir sıra ərazilərində qaz kəsilib
Energetika
20:59
Ağ Ev qabaqcıl çiplərə ixrac məhdudiyyətlərini sərtləşdirməyi təklif edib
Digər ölkələr
20:34
İsveçrəlilər referendumda silah ixracının sadələşdirilməsini dəstəkləyib - Yenilənib-2
Digər ölkələr