Yuxarı
    Bağlamaq

    Londondan Honkonqa uçan sərnişin təyyarəsi Rusiyada təcili eniş edib

    Buna səbəb tənzimləyicilərdən birinin nasaz işləməsi olub

    Bakı. 23 noyabr. REPORT.AZ/ Londondan Honkonqa uçan "Boeing" sərnişin təyyarəsi Novosibirskin Tolmaçevo hava limanına təcili eniş edib.

    "Report" xəbər verir ki, bu barədə "TASS" regionun hüquq-mühafizə orqanlarındakı mənbəyə isitinadən məlumat yayıb.

    "İlkin məlumata görə, təyyarənin təcili eniş etməsinə səbəb tənzimləyicilərdən birinin nasaz işləməsi olub" – deyə mənbə agentliyə bildirib.

    Faktla bağlı rəsmi məlumat verilmir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi