​Londonda Kemeronun yenidən baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilib - YENİLƏNİB

​Londonda Kemeronun yenidən baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilib - YENİLƏNİB Etirazçılar polis əməkdaşlarına butulka, banka və tüstü şaşkaları atıblar
Digər ölkələr
10 May , 2015 10:40
​Londonda Kemeronun yenidən baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilib - YENİLƏNİB

Bakı. 10 may. REPORT.AZ/ Londonda Devid Kemeronun Böyük Britaniyanın baş naziri postuna yenidən seçilməsinə qarşı mayın 9-da keçirilən kütləvi etiraz aksiyaları zamanı polis 17 nəfər etirazçını həbs edib. Etirazçılar arasında xəsarət alanlar var.

Bu barədə "Report" "RBК"ya istinadən xəbər verir.

Azı bir nəfərə qarşı polisə hücum etdiyinə görə cinayət işi qaldırılıb.

Aksiya zamanı etirazçılar Devid Kemeronun təmsil olunduğu və seçkilərdə qalib gələn konservativ partiyaya qarşı şüarlar səsləndiriblər.

100-ə yaxın adam əllərində konservativ partiyanın hakimiyyətdən uzaqlaşdırılmasını və əvəzinə sosialistlərin hakimiyyətə gətirilməsini tələb edən şüarlar və plakatlar tutublar.

Polis əməkdaşları etirazçıların hökumət başçısının iqamətgahına yaxınlaşmasının qarşısını almağa çalışıblar, lakin onlar aksiya iştirakçılarının təzyiqinə məruz qalıblar.

Hökumət əleyhinə nümayişlər ölkənin bir sıra digər şəhərlərində də baş verib. Belə ki, Kardifdə mitinqə 200-ə yaxın insan qoşulub. Orada aksiya qarşıdurmasız ötüşüb.

İlk xəbər 03:27-də dərc olunub

Londonda Devid Kemeronun Böyük Britaniyanın baş naziri postuna yenidən seçilməsinə qarşı kütləvi etiraz aksiyaları keçirilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, etirazçılar polis əməkdaşlarına butulka, banka və tüstü şaşkaları atıblar.

Bu barədə Skotland-Yardın mətbuat xidməti məlumat yayıb.

Polis iğtişaşlar zamanı dörd nəfəri həbs edib.

Bundan əvvəl məlum olub ki, Devid Kemeron Böyük Britaniyanın baş naziri vəzifəsində işini davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi