London xəstəxanasında yanğın olub, xəsarət alanlar var

London xəstəxanasında yanğın olub, xəsarət alanlar var Bakı. 11 iyun. REPORT.AZ/ Britaniyanın paytaxtı Londondakı xəstəxanalardan birində yanğın olub.
Digər ölkələr
11 İyun , 2018 06:57
London xəstəxanasında yanğın olub, xəsarət alanlar var

Bakı. 11 iyun. REPORT.AZ/ Britaniyanın paytaxtı Londondakı xəstəxanalardan birində yanğın olub.

"Report" xəbər verir ki, bu barədə Londonun Yanğınsöndürmə Xidmətinin saytı məlumat yayıb.

Məlumata görə, yanğın zamanı 7 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

"Yanğınsöndürmə briqadasının üzvləri gələnə qədər xəstəxananın palatalarından 45 nəfər təxliyyə edilib. Dəm qazından zəhərlənmiş 7 nəfərə yerində tibbi yardım göstərilib", - deyə açıqlamada bildirilir.

Qəza yerinə 8 yanğınsöndürmə maşını və 58 yanğınsöndürən cəlb edilib. Alovun qarşısı alınıb. 

Hadisənin səbəbləri barədə məlumat verilmir.  

Son xəbərlər

Orphus sistemi