Liviyada bir qrup silahlı neft çənlərinə hücum edib

Liviyada bir qrup silahlı neft çənlərinə hücum edib Hücum edənlər "Benqazinin müdafiəsi briqadası"nın silahlıları olub
Digər ölkələr
4 Mart , 2017 05:58
Liviyada bir qrup silahlı neft çənlərinə hücum edib

Bakı. 4 mart. REPORT.AZ/ Bir qrup yaraqlı Liviyanın şimalında yerləşən ən böyük neft limanı Es-Siderdə neft çənlərinə hücum edib.

"Report"un məlumatına görə, bu barədə "Daily star" qəzetinin veb saytı xəbər verib.

Xəbərdə bildirilir ki, hücum edənlər "Benqazinin müdafiə briqadası"nın silahlıları olub. Liviya ordusu silahlıların hücumunu dəf edə bilib.

Bundan əvvəl isə radikal islamçılar neft mədənlərinə nəzarəti ələ keçirdiklərini əks etdirən fotolar paylaşıblar.

Es-Sider limanına nəzarəti ələ keçirmək üçün ölkənin əsas hakimiyyətinə etiraz etmiş güclər arasında arasıkəsilməyən döyüşlər aparılıb. Nəticədə Liviyanın loyal hakimiyyətinin hərbi qulluqçuları neft yataqları üzərində nəzarətə müvəffəq olublar. 

Son xəbərlər

Orphus sistemi