Liviyada Haftarın tərəfdarlarının hücumu nəticəsində üç min insan həlak olub

Liviyada Haftarın tərəfdarlarının hücumu nəticəsində üç min insan həlak olub Liviyanın BMT tərəfindən tanınmış baş naziri, Milli razılıq hökumətinin başçısı Fayez Sərrac bildirib ki, Xəlifə Haftarın silahlı qüvvələrinin hücumu nəticəsində Tripolidə minlərlə insan həlak olub.
Digər ölkələr
26 Sentyabr , 2019 05:59
Liviyada Haftarın tərəfdarlarının hücumu nəticəsində üç min insan həlak olub

Liviyanın BMT tərəfindən tanınmış baş naziri, Milli razılıq hökumətinin başçısı Fayez Sərrac bildirib ki, Xəlifə Haftarın silahlı qüvvələrinin hücumu nəticəsində Tripolidə minlərlə insan həlak olub.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Təcavüz bu günə kimi 3 minə qədər insanın həlak olmasına qədər gətirib çıxarıb, yüz minlərlə insan qaçqın oldu", - deyə Sərrac BMT Baş Assambleyasının tribunasındakı çıxışında bildirib.

O, Haftarın silahlılarını dinc sakinləri bombardman etməkdə, həmçinin hava limanlarına, xəstəxanalara, təcili yardım maşınlarına hücumlarda, həmçinin uşaqları döyüş əməliyyatlarına cəlb etməkdə ittiham edib.

"Biz Beynəlxalq Cinayət Məhkəməsindən təqsirkarları məsuliyyətə cəlb etməyi xahiş edirik. Bu kontekstdə BMT-dən qısa zamanda qanun pozuntuları faktlarının müəyyənləşdirilməsi üçün missiya göndərməyi xahiş edirik. Biz həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin prokurorundan araşdırmaya başlamağı xahiş edirik", - Sərrac əlavə edib.

Son xəbərlər

Orphus sistemi