Liviya sahillərində 850 miqrantın olduğu qayıqlar saxlanılıb

Liviya sahillərində 850 miqrantın olduğu qayıqlar saxlanılıb Saxlanılanlardan 69 nəfəri qadındır
Digər ölkələr
23 May , 2016 04:31
Liviya sahillərində 850 miqrantın olduğu qayıqlar saxlanılıb

Bakı. 23 may. REPORT.AZ/ Liviyanın sahil mühafizə dəstəsi Sabrat şəhəri yaxınlığında göyərtəsində 850 nəfər miqrantın olduğu qayıqları saxlayıb. "Report"un məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi xəbər yayıb.

Məlumata görə miqrantılar Afrika ölkələrinin vətəndaşları olub. Onlar Aralıq dənizi vasitəsilə Avropaya getmək istəyiblər.

Saxlanılanlardan 69 nəfəri qadındır. Onlar arasında hamilə qadınlar da var. Hava ilə doldurulmuş rezin qayıqlarda aşkarlanmış miqrantlar arasında 11 uşağın olduğu bildirilir.

2016-cı ilin əvvəlindən aprelin sonlarına qədər Avropaya dəniz yolu ilə 180 min miqrant gəlib. 1232 nəfər yolda ölüb və ya həyatını itirib. Bu barədə məlumatı isə Beynəlxalq Miqrasiya Təşkilatı yayıb.

Son xəbərlər

Orphus sistemi