Livan BMT TŞ-nin 1701 saylı qətnaməsinə sadiqdir və atəşkəsə çağırır

Livan BMT TŞ-nin 1701 saylı qətnaməsinə sadiqdir və atəşkəsə çağırır Livan hökuməti 2006-cı ildə müharibəyə son qoyan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasına sadiqliyini təsdiqləyir.
Digər ölkələr
2 Oktyabr , 2024 22:53
Livan BMT TŞ-nin 1701 saylı qətnaməsinə sadiqdir və atəşkəsə çağırır

Livan hökuməti 2006-cı ildə müharibəyə son qoyan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasına sadiqliyini təsdiqləyir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Livanın Baş naziri Nəcib Mikati Beyrutda mətbuat konfransında çıxışı zamanı deyib.

O, hamını atəşkəsə çağırıb, amma eyni zamanda qeyd edib ki, Livan ordusunu BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin sülhməramlı kontingenti ilə koordinasiyalı şəkildə sərhədi qorumaq üçün cənuba göndərməyə hazırdırlar.

Qeyd olunur ki, o, bu bəyanatı ölkə parlamentinin sədri Nəbih Berri və druz dağ icmasının siyasi lideri Valid Cumblatın iştirakı ilə verib.

Xatırladaq ki, daha əvvəl BMT Baş katibi Antoniu Quterriş Livandakı eskalasiyanın miqyasının BMT Təhlükəsizlik Şurasının İsrail və “Hizbullah”ın gərginliyin azaldılması üzrə öhdəliklərini əks etdirən 1701 saylı qətnaməsini sual altına qoyduğunu bildirmişdi.

Son xəbərlər

Orphus sistemi