Prezident seçkilərinin ikinci turunda Litvanın hazırkı Prezidenti Gitanas Nauseda 74,82 % səslə liderdir, ikinci namizəd baş nazir İnqrida Şimonite isə səslərin 23,67 %-ni toplayıb.
“Report” xəbər verir ki, bu barədə Litvanın
Yekun nəticələr daha sonra açıqlanacaq, lakin Şimonite artıq məğlubiyyətini
“Mən Litvanın seçilmiş prezidentini təbrik etmək istəyirəm”, – o söyləyib.
Nauseda isə öz qələbəsini
Qeyd edək ki, Litva parlament ölkəsidir, lakin ölkə prezidenti xarici və daxili siyasətə təsir edə bilər. Bundan əlavə, o, Nazirlər Kabinetinin tərkibini təsdiq edir. 60 yaşlı Gitanas Nauseda 2019-cu ilin iyulundan ölkəyə rəhbərlik edir. O, əvvəlki seçkilərdə olduğu kimi, bu yarışda da müstəqil namizəd kimi çıxış edib.
Litvada prezident seçkilərinin birinci turu mayın 13-də olub – o zaman siyasətçilərin heç biri 50 %-dən çox səs toplaya bilməyib. Nauseda 45,64 %, Şimonite 17,27 % səs yığıb. Üçüncü yeri 12,49 % səslə vəkil İqnas Vegele tutub və sonucda prezidentlik yarışından çəkilib.