KXDR yaylım atəşi reaktiv sisteminin sınaqlarını keçirib

KXDR yaylım atəşi reaktiv sisteminin sınaqlarını keçirib Koreya Xalq Demokratik Respublikasının (KXDR) hakimiyyəti böyük kalibrli yaylım atəşi reaktiv sistemlərinin növbəti sınaq atışlarının keçirilməsini təsdiq edib.
Digər ölkələr
1 Noyabr , 2019 04:03
KXDR yaylım atəşi reaktiv sisteminin sınaqlarını keçirib

Koreya Xalq Demokratik Respublikasının (KXDR) hakimiyyəti böyük kalibrli yaylım atəşi reaktiv sistemlərinin növbəti sınaq atışlarının keçirilməsini təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə STAK bildirib.

Qeyd edilir ki, Koreya Xalq Demokratik Respublikasının Müdafiə Elmləri Akademiyası sınaqların sonuna yaxın KXDR lideri Kim Çen Ina müvəffəqiyyətli nəticə haqqında məruzə təqdim edib.

Öz növbəsində Şimali Koreya lideri atışların keçirilməsi ilə əlaqədar məmnunluğunu bildirib. O, həmçinin alimləri "ölkənin əzələsi" adlandıraraq təbrik edib. Kim Çen In bildirib ki, alimlər ölkənin özünümüdafiə qüvvələrinin inkişafı və silahlı qüvvələrin güclənməsi uğrunda fədakarlıqla mübarizə aparırlar.

Son xəbərlər

Orphus sistemi