KXDR Yapon dənizi istiqamətində naməlum mərmi atıb.
“Report”un məlumatına görə, bu barədə “Renhap” Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən xəbər verib.
“Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri (mərmi buraxılışı barədə- red) məlumat yayıb”, - agentlik xəbər verib.
Qeyd edilir ki, mərmi Yaponiya iqtisadi zonası sərhədində dənizə düşüb. Hərbçilər mərmi haqqında əlavə məlumatları təhlil edir.
Bu, KXDR-in 2022-ci ildə silahlarının ikinci sınağıdır. Əvvəlki hadisə yanvarın 5-də baş verib. Şimali Koreya daha sonra 700 kilometr uçan və hədəfi dəqiq vuran səsdən sürətli raketi sınaqdan keçirdiyini açıqlayıb.
KXDR ötən il sonuncu dəfə oktyabrda raket sınaqları keçirib. Sonra o, sualtı qayıqların yeni ballistik raketlərini işə salıb.