KİV: KXDR eyni vaxtda yaxın mənzilli bir neçə raket buraxıb

KİV: KXDR eyni vaxtda yaxın mənzilli bir neçə raket buraxıb Raketlər şimal-şərqə 250 kilometr məsafədə uçub
Digər ölkələr
26 Avqust , 2017 03:39
KİV: KXDR eyni vaxtda yaxın mənzilli bir neçə raket buraxıb

Bakı. 26 avqust. REPORT.AZ/ KXDR eyni vaxtda yaxın mənzilli bir neçə raket buraxıb.

"Report"un məlumatına görə, bu barədə "Renxap" agentliyi Cənubi Koreyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, raketlər Kanvondo vilayətindən buraxılıb. Raketlər şimal-şərqə 250 kilometr məsafədə uçub.

Cənubi Koreya və ABŞ raketlərin buraxılışı barədə xəbərləri analiz edirlər. Buraxılmış raketlərin ballistik olub-olmaması hələlik təsdiqlənmir.

Bundan əvvəl isə mətbuat ballistik raketin buraxılması barədə məlumat yayıb.  

Son xəbərlər

Orphus sistemi