KXDR ABŞ və Cənubi Koreyaya cavab olaraq imitasiya edilmiş taktiki nüvə zərbəsi endirib

KXDR ABŞ və Cənubi Koreyaya cavab olaraq imitasiya edilmiş taktiki nüvə zərbəsi endirib KXDR ABŞ və Cənubi Koreyanın birgə təliminə cavab olaraq simulyasiya edilmiş taktiki nüvə zərbəsi ilə raket buraxılışı təlimi keçirib.
Digər ölkələr
3 Sentyabr , 2023 03:21
KXDR ABŞ və Cənubi Koreyaya cavab olaraq imitasiya edilmiş taktiki nüvə zərbəsi endirib

KXDR ABŞ və Cənubi Koreyanın birgə təliminə cavab olaraq simulyasiya edilmiş taktiki nüvə zərbəsi ilə raket buraxılışı təlimi keçirib.

“Report” xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, sentyabrın 2-də səhər saatlarında “döyüş başlıqları nüvə başlıqlarını imitasiya edən” iki uzaqmənzilli strateji qanadlı raket buraxılıb. Rəsmi Pxenyan vurğulayıb ki, “ABŞ və Koreya Respublikasından olan quldurlar tərəfindən son zamanlar nümayiş etdirilən ehtiyatsızlıq və təhlükəli qarşıdurma isteriyasının səviyyəsi görünməmiş səviyyəyə çatıb”.

Agentlik qeyd edib ki, KXDR-in nüvə qüvvələri “müharibənin qarşısını almaq üçün nəzərdə tutulan əks tədbirlərə qarşı döyüş hazırlığını” hərtərəfli gücləndirməyə, eləcə də regionda sülh və sabitliyi qorumağa davam edəcək.

Koreya Respublikası və ABŞ hərbçiləri bu həftə “Ulchi Freedom Shield” təlimi çərçivəsində mərmilərdən istifadə etməklə birgə aviasiya manevrləri həyata keçirib. Təlimlərdə 30-a yaxın təyyarə iştirak edib. Buna cavab olaraq, KXDR sentyabrın 31-nə keçən gecə Koreya Xalq Ordusunun bölmələri tərəfindən Koreya Respublikası ərazisində komanda məntəqələrinin və aerodromların məhv edilməsini imitasiya edərək, taktiki nüvə silahı ilə zərbə endirmə təlimi də keçirib. Sonra təlimlər çərçivəsində Pxenyan Beynəlxalq Aeroportunun ərazisindən şimal-şərq istiqamətində uçan və şərti hədəflərdən 400 m yüksəklikdə havada partlayan iki taktiki ballistik raket buraxılıb və onları uğurla vurub.

Son xəbərlər

Orphus sistemi