Kuleba Ukraynanın əks-hücum üçün yetərincə silah aldığını açıqlayıb
Digər ölkələr
- 06 iyun, 2023
- 00:40
Ukrayna xarici işlər naziri Dmitro Kuleba ölkəsinin əks-hücumunu həyata keçirmək üçün yetərincə silah-sursat aldığını açıqlayıb.
“Report” bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.
“Ukrayna Silahlı Qüvvələrinin qarşıdakı əks-hücumu Ukraynanın qələbəsi ilə başa çatacaq. Bu, ölkəmizin gələcəkdə NATO-nun bir hissəsi olmasına imkan verəcək”, - D.Kulaba vurğulayıb.
Lakin XİN başçısı əks-hücumun başlama vaxtı ilə bağlı suala cavab verməkdən imtina edib. Onun sözlərinə görə, əsas odur ki, bu, Ukraynanın qazanması ilə sonuclanacaq.
Nazir qeyd edib ki, bir sıra müttəfiqlər ukraynalı pilotlara F-16 döyüş təyyarələrində təlim keçməyə başlamaq barədə razılığa gəldikdən sonra NATO-ya üzvlük Ukraynanın növbəti böyük məqsədidir.
Son xəbərlər
18:32
Aralıq dənizində 5,4 maqnitudalı zəlzələ olub
Digər ölkələr18:24
Foto
Azərbaycan ABŞ-nin Pensilvaniya ştatında səyyar konsulluq xidməti təşkil edib
Xarici siyasət18:16
Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Digər ölkələr18:13
BTQ dəmir yolunun ötürücülük qabiliyyəti bu ilin sonuna qədər üç dəfə artacaq
İnfrastruktur18:10
Foto
Sumqayıtdan paytaxta təşkil edilən yeni müntəzəm marşrutun dayanacaq məntəqələri açıqlanıb
İnfrastruktur18:10
Foto
Azərbaycan və İndoneziya sosial sahədə təcrübə mübadiləsini müzakirə edib
Xarici siyasət18:07
İranda yanacaqdoldurma məntəqəsində partlayış olub, yaralananlar var
Region17:59
Azərbaycan 2026-cı ildə istehsalçılar üçün tarif güzəştlərini genişləndirməyi planlaşdırır
Maliyyə17:59