Krit adası sahillərində batan miqrant gəmisində 350 nəfər olub
Digər ölkələr
- 04 iyun, 2016
- 17:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 iyun. REPORT.AZ/ Cümə günü səhər Krit adasının cənub sahillərində batan gəmidə təqribən 350 miqrant olub.
"Report" xəbər verir ki, bu barədə Yunanıstanın Sahil Mühafizəsi məlumat verib.
Bundan öncə Beynəlxalq Miqrasiya Təşkilatı 25 metrlik gəmidə 700-yə yaxın miqrant və qaçqının ola biləcəyini məlumat vermişdi.
"Gəmi qəzasına uğrayanların sözlərinə görə, onlar gəmiyə Misir sahillərində miniblər və sayları təqribən 350 nəfər olub", — deyə Sahil Mühafizəsi bildirib.
Xilas edilənlərin əksəriyyəti – 221 nəfəri, həmçinin bir nəfərin cəsədi hazırda Norveç bayrağı altında üzən tankerdədir və şənbə günü axşam onlar İtaliyanın Auqusta limanına göndəriləcək.
Son xəbərlər
07:20
Tayvan sahillərində iki zəlzələ baş verib
Digər ölkələr
06:57
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
Digər ölkələr
06:05
İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
Region
05:58
Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Digər ölkələr
05:28
ABŞ-də məxfi məlumatları sevgilisinə ötürən MKİ-nin podratçısı saxlanılıb
Digər ölkələr
04:58
Venesuelada neft hasilatında son illərin ən yüksək göstəricisi qeydə alınıb
Digər ölkələr
04:30
Britaniyada yeniyetmə siyasətçini tənqid edən paylaşımlara görə saxlanılıb
Digər ölkələr
04:04
Ceydon Sançonun "Xetafe"yə mümkün keçidinin şərtləri bəlli olub
Digər ölkələr
03:53
Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Digər ölkələr