Kosta-Rikada 19 nəfər saxta alkoqollu içkinin qurbanı olub

Digər ölkələr
  • 21 iyul, 2019
  • 02:30
Kosta-Rikada 19 nəfər saxta alkoqollu içkinin qurbanı olub

Kosta-Rikada 19 nəfər saxta alkoqollu içkinin qurbanı olub.

"Report" xəbər verir ki, bu barədə "News Breaking" bildirib.

Məlumata görə, ölənlərdən 14-ü kişi, 5-i qadınlardır. Qeyd edilir ki, zəhərlənənlər arasında sağ qalanlar da var.

Ölüm hadisələrinin qeydə alınmasından sonra 30 min butulka müsadirə edilib. Hakimiyyət orqanları saxta alkoqollu içkilərlə bağlı araşdırmalara başlayıb.