Cənubi Koreya prezidentinə ayaqqabı atıldı

Cənubi Koreya prezidentinə ayaqqabı atıldı Bu gün Koreya Respublikası prezidenti Mun Cae-in Milli Asambleyanın açılışı mərasimindən çıxarkən bir vətəndaş tərəfindən ona ayaqqabı atılıb.
Digər ölkələr
16 İyul , 2020 14:51
Cənubi Koreya prezidentinə ayaqqabı atıldı
Mun Ce-in

Bu gün Koreya Respublikası Prezidenti Mun Ce-in Milli Assambleyanın açılışı mərasimindən çıxarkən ona bir vətəndaş tərəfindən ayaqqabı atılıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, parlamentdə nitq söyləyib iqtidar partiya nümayəndələri ilə danışıqlar apardıqdan sonra dövlət başçısı iqamətgahına qayıtmaq üçün binadan çıxanda Cunq Mo adlı vətəndaş ayaqqabılarını çıxararaq ona tərəf atıb.

Polis tərəfindən saxlanılan həmin şəxs deyib: “Mən bunları Prezident Muna atdım. Özümü təhqir edilmiş və alçaldılmış hiss edirəm. Onun da hörmətsizlik və ayıb hiss etməsini istədim”.

Həmin vətəndaşın dövlət başçısına qarşı ədavətinin səbəbləri açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi