ABŞ Konqresinin Nümayəndələr Palatasının və Senatın liderləri Qəzzada davam edən münaqişə ilə bağlı siyasi fikir ayrılıqlarına baxmayaraq, İsrailin Baş naziri Benyamin Netanyahunu Konqresin birgə iclasında çıxış etməyə dəvət ediblər.
“Report”un məlumatına görə,
“Biz İsrail dövlətinin terrorizmlə mübarizəsində iştirak edirik. Xüsusən də HƏMAS Amerika və İsrail vətəndaşlarını əsir saxlamağa davam edir və liderləri regional sabitliyi təhdid edir”-deyə, məlumatda vurğulanıb.
Dəvəti Nümayəndələr Palatasının spikeri Mayk Conson, Senatda çoxluğun lideri Çak Şumer, Nümayəndələr Palatasında azlıqların lideri Hakim Ceffris və Senatda azlıqların lideri Mitç MakKonnell imzalayıb.