Konqoda gəmi qəzası nəticəsində 80 nəfər itkin düşüb
Digər ölkələr
- 12 iyun, 2024
- 21:11
Konqo Demokratik Respublikasının qərbindəki Kvay çayında gəmi qəzasında azı 80 nəfər itkin düşüb.
"Report" xəbər verir ki, bu barədə "Actualite" portalı yerli hökumətə istinadən məlumat yayıb.
Ölkə Prezidenti Feliks Çisekedi hökumətə baş verənləri araşdırmağı, səbəbini müəyyənləşdirməyi və gələcəkdə bu cür hadisələrin qarşısını almaq üçün bütün tədbirləri görməyi tapşırıb.
“Reuters” isə xəbər verib ki, 80 nəfərin hamısı həlak olub.
Yerli hakimiyyət orqanları bildiriblər ki, göyərtəsində 272 sərnişini olan iki gəmi günortadan sonra Muşi şəhər limanından çıxıb. Altı saat sonra onlardan birinin mühərriki dayanıb, gəmi qaranlıqda qayalara çırpılıb və batıb. İki gəmidən 185 nəfər sahilə çatıb. Qalan sərnişinlər axtarılır.
Son xəbərlər
00:57
Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi üzrə BMT-nin İşçi Qrupu yaradılıb
Digər ölkələr00:31
Ərdoğan: İrana qarşı müharibənin bədəlini tərəflərlə yanaşı, bütün bəşəriyyət ödəyir
Region00:11
Foto
Video
FHN: Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 18 nəfər təxliyə edilib
Hadisə23:54
Makron Yaxın Şərqdə böhran fonunda Yaponiya və Cənubi Koreyaya səfər edəcək
Digər ölkələr23:42
SEPAH: "Gerçək vəd - 4" əməliyyatında raket və PUA-lardan istifadə edilib
Region23:40
Lavrov Əraqçi ilə regiondakı gərginliyi müzakirə edib
Region23:31
İsrail Livanda kilsə yaxınlığında hərbi obyektləri aşkarladığını iddia edib
Digər ölkələr23:20
Video
Hakan Fidan: ABŞ İrana qoşun yeridə bilər
Region23:05