Kolumbiyada avtobus 150 metrdən uçuruma düşüb, 8 nəfər ölüb

Kolumbiyada avtobus 150 metrdən uçuruma düşüb, 8 nəfər ölüb Bakı. 27 dekabr. REPORT.AZ/ Kolumbiyada kəndliləri daşıyan avtobusun uçuruma yuvarlanması nəticəsində 8 nəfər həyatını itirib.
Digər ölkələr
27 Dekabr , 2018 07:45
Kolumbiyada avtobus 150 metrdən uçuruma düşüb, 8 nəfər ölüb

Bakı. 27 dekabr. REPORT.AZ/ Kolumbiyada kəndliləri daşıyan avtobusun uçuruma yuvarlanması nəticəsində 8 nəfər həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu çərşənbə günü Boyaka departamentinin polis rəisi Fernando Triana deyib.

İlkin məlumata görə, 150 metr yüksəklikdən yarğanın yamacına yuvarlanan avtobusun salonunda ümumilikdə 19 nəfər olub.

"Tiempo" portalı yazır ki, qəza zamanı ölən sürücünün 80 yaşı olub.

Daha əvvəl Misirdə yük maşını mikroavtobusla toqquşub.

Son xəbərlər

Orphus sistemi