Kolorado məhkəməsi Trampın yerli praymerizlərdə iştirakını qadağan edib

Kolorado məhkəməsi Trampın yerli praymerizlərdə iştirakını qadağan edib ABŞ-ın Kolorado ştatının Ali Məhkəməsi keçmiş dövlət başçısı Donald Trampa ABŞ prezidentliyinə namizəd kimi irəli sürülmək üçün respublikaçı namizədlərin yerli seçkilərində iştirakını qadağan edən hökm çıxarıb.
Digər ölkələr
20 Dekabr , 2023 04:48
Kolorado məhkəməsi Trampın yerli praymerizlərdə iştirakını qadağan edib

ABŞ-ın Kolorado ştatının Ali Məhkəməsi keçmiş dövlət başçısı Donald Trampa prezidentliyə namizəd kimi yerli praymerizlərdə (ilkin seçkilər - Qeyd) iştirakını qadağan edən hökm çıxarıb.

“Report” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Hakimlər qərarlarını ABŞ Konstitusiyasına 14-cü düzəlişlə izah ediblər. Düzəlişə əsasən, etirazçılar yüksək dövlət vəzifələri tuta bilməz.

Telekanal qeyd edib ki, ştatın Ali Məhkəməsinin hakimlərinin hamısı (yeddi hakim – Qeyd) demokrat qubernatorların qərarları ilə bu vəzifələrə təyin ediliblər.

Məhkəmənin Trampa qarşı çıxardığı hökm yalnız Kolorado ştatında etibarlıdır. Qərar eks-prezidentin yanvarın 4-dək ABŞ Ali Məhkəməsinə müraciət etmək hüququ olduğu üçün hələ qüvvəyə minməyib.

Son xəbərlər

Orphus sistemi