Klinton və Trampın son debatını 72 milyondan çox tamaşaçı izləyib

Klinton və Trampın son debatını 72 milyondan çox tamaşaçı izləyib Bu nəticə debata "online" baxanların sayını özündə əks etdirmir
Digər ölkələr
21 Oktyabr , 2016 07:56
Klinton və Trampın son debatını 72 milyondan çox tamaşaçı izləyib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Demokratlar və Respublikaçılar partiyalarından ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton və Donald Trampın üçüncü və son debatını 71,6 milyon tamaşaçı izləyib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, statistik məlumat "Nielsen" tədqiqat şirkəti tərəfindən təqdim olunub.

Beləliklə, Klinton və Trampın son debatı izlənmə sayına görə Amerika tarixində üçüncü olub. 1980-ci ildə namizədlər Cimmi Karter və Ronald Reyqan arasında olan debatı 80,6 mln. televiziya tamaşaçısı izləyib ki, bu da hazırda ikinci nəticə hesab olunur. Rekord izlənmə isə Klinton və Trampın ilk debatı olub. Onu təqribən 84 mln. nəfər seyr edib.

Qeyd olunur ki, bu nəticələr debata "online" baxanların sayını özündə əks etdirmir.

"Nielsen"in bundan əvvəlki məlumatına görə, hazırkı namizədlərin ikinci debatına 66 milyon nəfər baxıb.

Son xəbərlər

Orphus sistemi