Klinton məşhurluğuna görə Trampı 8 faiz qabaqlayır
Digər ölkələr
- 03 avqust, 2016
- 03:07
Bakı. 3 avqust. REPORT.AZ/ Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Kliton məşhurluğuna görə respublikaçı rəqibi Donald Tramp ilə arasındakı fərqi artırıb.
"Report" xəbər verir ki, "Reuters" agentliyi və "Ipsos" şirkəti tərəfindən aparılan sorğunun nəticələri bunu deməyə əsas verir.
Bugünkü sorğuya görə, potensial seçicilərin 43%-i Klintona, 35%-i Trampa, 9%-i isə başqa namizədə səs verməyə hazırdır.
Sorğu 28 iyul - 1 avqust tarixlərində aparılıb və burada səs verməyə gedəcəyini bildirən 1, 289 ABŞ vətəndaşı iştirak edib.
Belə olan halda Klinton əvvəlki sorğu (6 faiz) ilə müqayisədə Tramp ilə arasındakı fərqi 8 faizə qədər artırıb.
ABŞ-da prezident seçkiləri cari ilin 8 noyabr tarixində keçiriləcək.
Son xəbərlər
01:06
Foto
DÇ-2026: Seneqal İraqa 5 cavabsız qolla qalib gəlib - YENİLƏNİB-7
Futbol01:05
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib - YENİLƏNİB
Region01:00
Foto
DÇ-2026: Fransa Norveçi Dembelenin qolları ilə məğlub edib - YENİLƏNİB-6
Futbol00:13
"Neftçi" slovakiyalı hücumçunu transfer edib
Futbol00:10
Burkina Faso Fransa ilə diplomatik əlaqələrini kəsib
Digər ölkələr23:47
Konqoda Ebolaya yoluxan və xəstəlikdən ölənlərin sayı çoxalıb
Digər ölkələr23:28
Livan və İsrail arasında çərçivə sazişi imzalanıb
Digər ölkələr23:16
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
Hadisə23:02