Kiyev yaxınlığındakı supermarketdə qumbara partlaması nəticəsində 8 nəfər yaralanıb

Kiyev yaxınlığındakı supermarketdə qumbara partlaması nəticəsində 8 nəfər yaralanıb Axtarış zamanı şübhəli şəxsdən daha 3 qumbara və müxtəlif kalibrli 20 patron müsadirə edilib
Digər ölkələr
7 Dekabr , 2015 14:53
Kiyev yaxınlığındakı supermarketdə qumbara partlaması nəticəsində 8 nəfər yaralanıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Kiyev əyalətinin Buça şəhərindəki supermarketin parketmə ərazisində qumbara partlaması nəticəsində 8 nəfər yaralanıb.

"Report" Ukrayna Milli Polisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, insident ötən gecə baş verib.

"Partlayış supermarketin yaxınlığındakı parketmə ərazisində baş verib. 36 yaşındakı təcavüzkar insanların əhatəsində olarkən qumbaranı partladıb. Partlayış nəticəsində altısı uşaq olmaqla 8 nəfər xəsarət alıb. Onlardan üçü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb", - məlumatda deyilir.

Polis xəbər verib ki, axtarış zamanı şübhəli şəxsdən daha 3 qumbara və müxtəlif kalibrli 20 patron aşkarlanaraq müsadirə edilib.

"Xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi