KİV: Si Cinpin fon der Lyayenə ABŞ-nin ÇXR-i Tayvana hücum təhrik etdiyini söyləyib

KİV: Si Cinpin fon der Lyayenə ABŞ-nin ÇXR-i Tayvana hücum təhrik etdiyini söyləyib ÇXR Sədri Si Cinpin 2023-cü ilin aprelində Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyaeyenə bildirib ki, ABŞ Çini Tayvana hücuma təhrik edib.
Digər ölkələr
16 İyun , 2024 08:23
KİV: Si Cinpin fon der Lyayenə ABŞ-nin ÇXR-i Tayvana hücum təhrik etdiyini söyləyib

ÇXR Sədri Si Cinpin Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenə bildirib ki, ABŞ Çini Tayvana hücuma təhrik edib.

“Report”un məlumatına görə, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən xəbər verib.

Onların sözlərinə görə, ÇXR Sədri 2023-cü ilin aprelində AK rəhbəri ilə görüşdə rəsmi Vaşinqtonun Pekini adaya hücum etmək üçün aldatmağa çalışdığını, lakin Çin liderinin ABŞ-nin "tələ"sinə düşmədiyini söyləyib.

Bir mənbənin verdiyi məlumata görə, Si Cinpin eyni xəbərdarlıqları Çin rəsmilərinə bildirib.

ÇXR-in Vaşinqtondakı səfirliyi FT-nin sorğusuna cavab olaraq Çin liderinin açıqlaması barədə məlumatı şərh etməyib, lakin ABŞ-nin Tayvana silah satdığını və adadakı "separatçı qüvvələri" dəstəklədiyini qeyd edib. Ursula fon der Lyayenin nümayəndəsi bildirib ki, AK rəhbəri şəxsi görüşlər barədə məlumatı açıqlamır.

Öz növbəsində Ağ Ev də şərh verməyib.

Son xəbərlər

Orphus sistemi