KİV: Qəzzadakı dağıntıların ayırd edilməsi azı 15 il çəkəcək

KİV: Qəzzadakı dağıntıların ayırd edilməsi azı 15 il çəkəcək İsrailin Fələstinin Qəzza zolağında şəhər və qəsəbələri bombalaması zamanı dağılmış bütün binaların dağıntılarının ayırd edilməsi və təmizlənməsi üçün azı 15 il, onları bərpa etmək üçün isə 20 il vaxt lazımdır.
Digər ölkələr
16 İyul , 2024 00:56
KİV: Qəzzadakı dağıntıların ayırd edilməsi azı 15 il çəkəcək

İsrailin Fələstinin Qəzza zolağında şəhər və qəsəbələri bombalaması zamanı dağılmış bütün binaların dağıntılarının ayırd edilməsi və təmizlənməsi üçün azı 15 il, onları bərpa etmək üçün isə 20 il vaxt lazımdır.

“Report” xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalının dərc etdiyi ekspert rəyində deyilir.

Orada bildirilir ki, anklavın ərazisi hazırda ümumi çəkisi təxminən 40 milyon ton olan dəmir-beton tikililərin fraqmentləri ilə örtülüdür. Ümumilikdə, hesabatda qeyd edildiyi kimi, bu günə qədər sektorda müxtəlif təyinatlı, demək olar ki, 173,3 min bina bombardmanlar nəticəsində dağıdılıb ki, bu da Qəzzada bütün binaların yarısını ötür. İqtisadçıların fikrincə, sektorun xarabalıqlarını təmizləmək üçün azı 600 milyon dollar xərcləmək lazım gələcək.

Mütəxəssislər həmçinin belə qənaətə gəliblər ki, İsrail qüvvələrinin hərbi əməliyyatı zamanı dağıntıların bərpası təxminən 20 il çəkəcək. İlkin hesablamalara görə, sektorun yenidən qurulmasının dəyəri 40 milyard dolları ötəcək.

Son xəbərlər

Orphus sistemi