KİV: Nigerdə ​​prezident sarayının yaxınlığında atışma olub

Digər ölkələr
  • 26 iyul, 2023
  • 22:54
KİV: Nigerdə ​​prezident sarayının yaxınlığında atışma olub

Nigerin paytaxtı Niameydə prezident sarayının yaxınlığında güclü atışma səsləri eşidilib.

“Report” xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məlumata görə, prezident qvardiyasının əsgərləri Bazumun dərhal azad edilməsini tələb edən nümayişçilərə atəş açıb.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Xatırladaq ki, üsyan edən prezident qvardiyası dövlət başçısı Məhəmməd Bazumu əsir götürüb.