KİV: İsrail Qəzzanı tamamilə işğal etməyə hazırlaşır
Digər ölkələr
- 05 avqust, 2025
- 01:09
İsrail hökuməti Qəzza zolağının tam işğalı planlarını təsdiqləməyə hazırlaşır.
"Report"un xəbərinə görə, bu barədə "Ynet" portalına Netanyahunun komandasında təmsil olunan yüksək rütbəli rəsmilər məlumat verib.
"Biz Qəzza zolağının tam işğalına doğru irəliləyirik", - deyə onlar bildirib.
Nəşr qeyd edir ki, İsrail hərbi rəhbərliyi, o cümlədən İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir belə bir qərarın əleyhinədir.
"Döyüş əməliyyatları hətta girovların saxlanıldığı ərazilərdə aparılacaq. Əgər bu, Baş Qərargah rəisinə uyğun gəlmirsə, o, istefa verə bilər", - rəsmilərdən biri deyib.
Portalın məlumatına görə, Netanyahu tezliklə Nazirlər Kabinetinə orduya Qəzzanı tamamilə işğal etmək əmrinin verilməsi təklifini təqdim edə bilər.
Son xəbərlər
00:44
KİV: İran ABŞ-nin limanları blokadaya almasına hazırlıqlı olub
Region00:20
Sloveniya NATO-dan çıxmaqla bağlı referendum keçirməyi planlaşdırır
Digər ölkələr23:59
BVF: Hörmüz boğazı açılandan sonra qlobal tədarükün əvvəlki səviyyələrə qayıtması vaxt aparacaq
Digər ölkələr23:45
Fyodorov: Belçika və İspaniya Ukraynaya 2 milyard avro müdafiə yardımı ayıracaq
Digər ölkələr23:25
Şahbaz Şərif Mark Karnini Pakistana dəvət edib
Digər ölkələr23:10
Zaqatalada avtomobilin vurduğu piyada ölüb
Hadisə22:49
Dominikanda güclü yağışlar səbəbindən 30 min nəfər təxliyə edilib, üç nəfər həlak olub
Digər ölkələr22:36
Salyanda baş verən qəzada xəsarət alan beş nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB
Hadisə22:33