KİV: "Fransa və Almaniya arasındakı ziddiyyət Ukraynadakı duruma mənfi təsir göstərir"
Digər ölkələr
- 04 oktyabr, 2023
- 07:56
"Fransa və Almaniya arasındakı ziddiyyət Ukraynadakı duruma mənfi təsir göstərir".
“Report” xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
Bildirilib ki, bu gərginlik xüsusilə Avropa İttifaqı səviyyəsində qərarların qəbuluna, həmçinin, Ukraynaya yardımın ləngiməsinə təsir edir.
Qeyd olunub ki, Berlin və Paris arasında konsensus yoxdur: “Bunun əsas səbəbi isə liderlər - Olaf Şoltsla Emmanuel Makronun yola getməməsidir. Onlar bir otaqda oturub hər şeyi müzakirə etməlidirlər. Əks halda, konsensus əldə etmək çətin olacaq”.
Nəşrin yazdığına görə, ölkələr arasında gərginlik 1 ildən artıqdır davam edir.
Xatırladaq ki, bir sıra kütləvi informasiya vasitələrində (KİV) yayılan məlumatlara görə, son vaxtlar Qərbin Ukraynaya dəstəyi azalıb.
Son xəbərlər
09:53
Qazaxıstan və Özbəkistan arasında strateji tərəfdaşlıq müzakirə edilib
Region09:51
Əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin üstü açılıb
Hadisə09:44
VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları 4 növdə çıxış edəcəklər
Fərdi09:37
Foto
Azərbaycan ADB ilə şəhər nəqliyyat şəbəkəsinin genişləndirilməsinin növbəti mərhələsini müzakirə edib
İnfrastruktur09:37
Rusiya Ukraynanın 64 PUA-sını vurub
Digər ölkələr09:24
Azərbaycan karbamid istehsalını cüzi artırıb
Energetika09:24
Azərbaycan Basketbol Liqasında VII turun növbəti qarşılaşması baş tutacaq
Komanda09:11
DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
Futbol08:57
Foto