Cənubi Koreyada güclü yağışlar nəticəsində ölənlərin sayı 37-yə çatıb - YENİLƏNİB

Cənubi Koreyada güclü yağışlar nəticəsində ölənlərin sayı 37-yə çatıb - YENİLƏNİB Koreya Respublikasında güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 35 nəfər ölüb.
Digər ölkələr
17 İyul , 2023 00:06
Cənubi Koreyada güclü yağışlar nəticəsində ölənlərin sayı 37-yə çatıb - YENİLƏNİB

Cənubi Koreyada güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 37-yə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Təhlükəsizlik və təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə Mərkəzi Qərargaha istinadən məlumat yayıb.

Çunçon-Pukto əyalətində su basmış yeraltı avtomobil tunelində daha iki nəfərin meyiti tapılıb.

Bu hadisə nəticəsində 9 nəfər həlak olub, indi onların hamısı statistikaya daxil edilib. Güclü yağışlar nəticəsində yerli çay məcrasından çıxıb. 685 m uzunluğunda tuneldə avtobus da daxil olmaqla 15 avtomobil bloklanıb.

Qeyd edilir ki, ölənlərin sayı arta bilər, axtarış əməliyyatları davam edir.

16.07.2023. 14:34

Koreya Respublikasında güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 35 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Təhlükəsizlik Tədbirləri və Fəlakətlərə Qarşı Mübarizə üzrə Mərkəzi Qərargahın məlumatına görə, 33 nəfər ölüb: 17 nəfər Könsan-Pukto əyalətində, 11 nəfər Çxunçxon-Puktoda, 4 nəfər Çxunçxon-Namdoda və 1 nəfər Secon şəhərində. On nəfər itkin düşmüş hesab olunur. Onlardan doqquzu Könsan-Puktodandır. 22 nəfər xəsarət alıb.

Bununla belə, agentlik daha iki ölüm faktını əlavə edir. Belə ki, Çxunçxon-Pukto əyalətində yeraltı tuneldə başqa bir cəsəd tapılıb, Könsan-Puktoda daha bir ölüm hadisəsi qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi