KİV: “Baydenin Rusiya və Mərkəzi Asiya üzrə baş müşaviri vəzifəsini tərk edib”

KİV: “Baydenin Rusiya və Mərkəzi Asiya üzrə baş müşaviri vəzifəsini tərk edib” ABŞ Milli Təhlükəsizlik Şurasında Rusiya və Mərkəzi Asiya üzrə İdarənin rəhbəri Erik Qrin təqaüdə çıxması ilə əlaqədar vəzifəsini tərk edib.
Digər ölkələr
9 Fevral , 2023 04:05
KİV: “Baydenin Rusiya və Mərkəzi Asiya üzrə baş müşaviri vəzifəsini tərk edib”

ABŞ Milli Təhlükəsizlik Şurasında Rusiya və Mərkəzi Asiya üzrə İdarənin rəhbəri Erik Qrin təqaüdə çıxması ilə əlaqədar vəzifəsini tərk edib.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Departament rəhbəri kimi E. Qrin ABŞ Prezidenti Cozef Baydenin gəlişi ilə əslində Ağ evin aparatında Rusiya üzrə baş mütəxəssisə çevrilmişdi.

O, 2021-ci ildə İsveçrənin Cenevrə şəhərində C. Baydenlə Rusiya Prezidenti Vladimir Putinin görüşünün əsas təşkilatçılarından biri olub. Qrin 30 ildən artıq müxtəlif xarici siyasət vəzifələrində çalışıb.

Nəşr Qrini Ağ evdə Rusiya üzrə baş ekspert vəzifəsində kimin əvəzləyəcəyini dəqiqləşdirməyib.

Son xəbərlər

Orphus sistemi