KİV: Almaniya hökuməti “talibançılar”la gizli danışıqlar aparıb

KİV: Almaniya hökuməti “talibançılar”la gizli danışıqlar aparıb Almaniya Federativ Respublikası hökumətinin nümayəndələri iyulun 31-də Dohada “Taliban” hərəkatının üzvləri ilə gizli danışıqlar aparıb.
Digər ölkələr
1 Avqust , 2021 19:56
KİV: Almaniya hökuməti “talibançılar”la gizli danışıqlar aparıb

Almaniya Federativ Respublikası hökumətinin nümayəndələri iyulun 31-də Qətərin paytaxtı Dohada radikal “Taliban” hərəkatının üzvləri ilə gizli danışıqlar aparıb.

“Report” xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Almaniyanı danışıqlarda Əfqanıstan və Pakistan üzrə xüsusi səlahiyyətli nümayəndə Yasper Vik təmsil edib.

Görüş Almaniya Federativ Respublikasının Federal Kəşfiyyat Xidməti tərəfindən hazırlanıb və ABŞ-la razılaşdırılıb.

Görüşdə Almaniyanın Əfqanıstandakı humanitar təşkilatlarının işçilərinin təhlükəsizliyinə zəmanət və Əfqanıstanda beynəlxalq əməliyyatda iştirak edərkən Bundesverə və alman federal polisinə yardım edən ölkə vətəndaşlarının vəziyyəti müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi