KİV: ABŞ və İran rəsmiləri arasında Omanda vasitəçilik yolu ilə danışıqlar olub

KİV: ABŞ və İran rəsmiləri arasında Omanda vasitəçilik yolu ilə danışıqlar olub Bu ilin mayında ABŞ və İran rəsmiləri arasında Omanda vasitəçilik yolu ilə danışıqlar olub.
Digər ölkələr
10 İyun , 2023 12:28
KİV: ABŞ və İran rəsmiləri arasında Omanda vasitəçilik yolu ilə danışıqlar olub

Bu ilin mayında ABŞ və İran rəsmiləri arasında Omanda vasitəçilik yolu ilə danışıqlar olub.

“Report” xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.

Bildirilib ki, danışıqlar zamanı Oman rəsmiləri iki ölkənin ayrı-ayrı məkanlarda yerləşən təmsilçilərinin mesajlarını bir-birinə çatdırıblar.

Məlumata görə, ötən ay ABŞ və İranın nümayəndə heyəti Omanda eyni vaxtda səfərdə olub. Rəsmilər arasında dolayı əlaqənin də həmin vaxt qurulduğu iddia olunur.

Vasitəçilərin yardımı ilə reallaşan danışıqda əsasən, İranın nüvə proqramının müzakirə olunduğu bildirilib.

Qeyd edək ki, ötən gün İranla ABŞ arasında nüvə razılaşmasının əldə olunduğuna dair məlumat da yayılmışdı. Bu xəbəri Ağ və ondan bir müddət sonra Tehran rəsmi olaraq təkzib edib. Ancaq Omandakı dolayı danışığa tərəflər hələ münasibət bildirməyib.

Son xəbərlər

Orphus sistemi