ABŞ Prezidenti Cozef Bayden İsrailin Baş naziri Binyamin Netanyahu ilə şəxsi telefon danışığında Təl-Əvivin ən qanlı hücuma görə HƏMAS-ı məhv etmək istəməsi fonunda Qəzza zolağında mülki itkiləri minimuma endirməyə çağırıb.
“Report” xəbər verir ki, bu barədə Bayden administrasiyasının iki nümayəndəsi və bir sabiq məmur
Administrasiya rəsmilərinin sözlərinə görə, Baydenin komandası əhalinin sıx məskunlaşdığı sahilyanı anklavda çarpaz atəşə tutulma riski altında olan mülki şəxslər üçün Qəzzadan təhlükəsiz keçid təmin edən plan üzərində digər ölkələrlə koordinasiya edir.
Gözdən keçirilən plana görə, Qəzzadakı fələstinli mülki şəxslər və amerikalılar döyüş əməliyyatları bölgəsindən Misirə aparacaq cənub dəhlizi vasitəsilə qaça biləcəklər.
Telekanal qeyd edib ki, İsrailin Qəzzaya qurudan potensial müdaxiləyə hazırlaşdığı əsnada HƏMAS-la heç bir bağlantısı olmayan mülki şəxslər gülləbaran nəticəsində evsiz qalmaq və ya ölmək təhlükəsi ilə üzləşirlər.