KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək”

KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək” ABŞ Ukraynaya 150 km-ə qədər mənzilli raketlər ötürmək niyyətindədir.
Digər ölkələr
1 Fevral , 2023 03:42
KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək”

ABŞ Ukraynaya 150 km-ə qədər mənzilli raketlər ötürmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, yeni hərbi yardım paketinə “Ground Launched Small Diameter Bomb” (Yerdən Atılan Kiçik Diametrli Bomba - GLSDB) yüksəkdəqiqlikli idarə olunan raketlər daxildir.

ABŞ-İsveç istehsalı olan bu raketlər HIMARS (ing. “High Mobility Artillery Rocket System” – Yüksək Mobilli Raket-Artilleriya Sistemi) raket sistemlərindən buraxılır və onlarla kilometr uzaqlıqdakı hərəkətli hədəfləri vura bilir.

Agentliyin məlumatına görə, 2,2 milyard dollarlıq yeni hərbi yardım paketi bu həftə elan ediləcək.

Qeyd edək ki, daha öncə Ukrayna ordusunun HIMARS üçün raket məsafəsi həddi 80 km-dən bir qədər çox idi.

Son xəbərlər

Orphus sistemi